Xəzər Xəbər

Ermənistan vətəndaşı Nikol Paşinyanı məhkəməyə verdi

Dünya | 11:59 • 11 May 2019
Ermənistan vətəndaşı Nikol Paşinyanı məhkəməyə verdi

"AdekvaD"ın həmmüəllifi Artir Danielyan Ermənistanın baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Trend-in məlumatına görə, erməni KİV-ləri bu barədə Artur Danielyanın "Facebook" səhifəsinə istinadən yazıblar.

Həmin şəxs səhifəsində baş naziri məhkəməyə verdiyini qeyd edib. O bildirib ki, N.Paşinyan və onun ətrafındakılar yalnız çoxsaylı hüquq normalarını pozduqları üçün deyil, həm də şəxsən onu təhqir etdiyi üçün məhkəmə qarşısında cavab verməlidir.

Xəbər lenti