Xəzər Xəbər

Tramp: "Pxenyanın yaxınmənzilli raket sınağı münasibətlərimizi korlamayacaq"

Dünya | 10:37 • 11 May 2019
Tramp: "Pxenyanın yaxınmənzilli raket sınağı münasibətlərimizi korlamayacaq"

ABŞ prezidenti Donald Tramp mayın 9-da Şimali Koreyanın həyata keçirdiyi yaxınmənzilli ballistik raket sınağının iki ölkə arasındakı münasibətlərə xələl gətirməyəcəyini düşünür.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp belə bir fikri "Politico” qəzetinə müsahibəsində deyib.


"Raketlər qısaməsafəli idi, buna görə də mən bunun münasibətləri korlayacağını düşünmürəm”, - ABŞ lideri belə deyib.


Tramp bildirib ki, hansısa məqamda o, KXDR lideri Kim Çen Inın dostluq münasibətinə etibarını itirə bilər: "Ola bilsin ki, hansısa məqamda bu, baş versin, ancaq indi deyil”.


ABŞ prezidenti, həmçinin bildirib ki, rəsmi Pxenyan amerikalılarla danışıqlarla danışıqları davam etdirmək istəyirlər, ancaq hələlik buna hazır deyillər.

Xəbər lenti