Xəzər Xəbər

10 milyon amerikalıdan Trampa ZƏRBƏ: istefası üçün Konqresə...

Dünya | 16:57 • 10 May 2019
10 milyon amerikalıdan Trampa ZƏRBƏ:

ABŞ prezidenti Donald Trampın vəzifəsindən istefa verməsi üçün 10 milyon imza toplanıb.

Milli müdafiə qrupları tərəfindən toplanılan imzalarla birlikdə şikayət ərizələri Konqresə təqdim edilib.

Ərizələr Demokratlar Partiyasının üzvü, senator Rəşidə Tlaibə verilib.

Tvitter hesabından açıqlama verən senator bildirib ki, imza atan 10 milyon insan demokratiyanın qorunmasının tərəfdarıdır: "10 milyon insan ABŞ konstitusiyasını müdafiə etmək istəyir. 10 milyon insan hüququn üstünlüyünə qarşı fərdi məsuliyyətlərimizin olmasında qətiyyətlidir”.

Qeyd edək ki, Rəşidə Tlaib Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə bir qanun layihəsi təqdim edərək Donald Trampın səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaq işi açılmasını istəmişdi./publika.az

Xəbər lenti