Xəzər Xəbər

Gürcüstanın baş naziri: "David Qareci məbədi ilə bağlı komissiya yaradılır"

Dünya | 15:44 • 10 May 2019
Gürcüstanın baş naziri: "David Qareci məbədi ilə bağlı komissiya yaradılır"

Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.


ONA-nın Gürcüstan bürosunun "interpressnews” saytına istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.


O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.


"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərəfdaşıq. Məsələ də bu ruhda həll ediləcək", - deyə baş nazir əlavə edib.


Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.

Xəbər lenti