Xəzər Xəbər

Ən yaxşı aeroportların və aviaşirkətlərin adları açıqlandı

Dünya | 16:27 • 10 May 2019
Ən yaxşı aeroportların və aviaşirkətlərin adları açıqlandı

"AirHelp” şirkəti dünyanın ən yaxşı aeroportlarının və aviaşirkətlərinin reytinqini tərtib edib. Araşdırmada 40 ölkədən 40 mindən çox müştərinin rəyini nəzərə alıblar.

Ümumilikdə 132 hava limanının adı çəkilib. Siyahı tərtib edilərkən qrafiklərə əməl olunması, xidmət keyfiyyəti, mağaza və restoranların vəziyyəti nəzərə alınıb. Qətərdəki Hamad aeroportu hamını geridə qoyub. Bakı hava limanının adını siyahıda görə bilmədik.

İlk 10-luqda bu aeroportların adı yer alıb: Hamad (Qətər) – 8.39, Tokio (Yaponiya) – 8.39, Afina (Yunanıstan) – 8.38, Afonso Pena (Braziliya) – 8.37, Qdansk (Polşa) – 8.35, Şeremetyevo (Rusiya) – 8.35, Çanqi (Sinqapur) – 8.27, Heydərabad (Hindistan) – 8.27, Tenerife (İspaniya) – 8.26, Virakopos (Braziliya) – 8.25.

Aviaşirkətlərin siyahısında 72 ad var. Burada da qrafiklərə əməl olunması, uçuşların keyfiyyəti, biletlərin tez geri qaytarılması nəzərə alınıb. İlk 10-luqda bu adlar görünür: Qatar Airways – 8.23, American Airlines – 8.07, Aeromexico – 8.07, SAS Scandinavian Airlines – 8.07, Qantas – 8.04, LATAM Airlines – 8.01, WestJet – 7.96, Luxair – 7.90, Austrian Airlines – 7.90, Emirates – 7.80./Bizimyol.info

Xəbər lenti