Xəzər Xəbər

Yer kürəsi şiddətli zəlzələlərlə ÇALXALANIR: Yaponiya və Qazaxıstan eyni anda...

Dünya | 15:43 • 10 May 2019
Yer kürəsi şiddətli zəlzələlərlə ÇALXALANIR:

Hollandiyalı alim Frenk Huqerbitsin son proqnozu da özünü doğruldub.

Bu gün səhər saatlarında Yaponiya və Qazaxıstanda şiddətli yeraltı təkanlar qeydə alınıb.

Belə ki, Yaponiyanın Kyuşu adasının cənub-şərqində 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yerin 20 kilometr dərinliyində olub.

Qazaxıstanda isə yeraltı təkanlar Almatı vilayətində baş verib. Şəhərin 356 kilometr şimal-şərqində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, Fren Huqerbits Yer kürəsində 8 baladək zəlzələlərin baş verəcəyini açıqlayıb. Onun bütün proqnozları bugünədək doğru çıxıb./publika.az

Xəbər lenti