Xəzər Xəbər

ABŞ müsəlman ölkəsinə 3 milyardlıq silah satdı

Dünya | 15:26 • 10 May 2019
ABŞ müsəlman ölkəsinə 3 milyardlıq silah satdı

ABŞ Qətərə 3 milyard dollar dəyərində "24 AH-64E Apaçi” tipli hücum helikopterləri satacaq.

ABŞ Dövlət Departamenti helikopterlərin satışını təsdiq edib.

Bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən verilən yazılı açıqlamada qeyd olunub. Bildirilib ki, satışı Konqres də dəstəkləyir.

Açıqlamada sözügedən helikopterlərin bölgədəki hərbi balansı pozmayacağı qeyd olunub.

Satış görüşlərinin başlanması üçün Konqresin 30 gün içində etiraz etməməsi lazımdır./publika.az

Xəbər lenti

Çox oxunanlar