Xəzər Xəbər

Türkiyə-İran sərhədində terror: 1 şəhid, 1-i yaralı

Dünya | 15:12 • 10 May 2019
Türkiyə-İran sərhədində terror:

Türkiyə-İran sərhədində yerləşən Iğdırın Dilucu bölgəsində silahlı hücum baş verib.

Hadisə nəticəsində 1 türk əsgəri şəhid olub, 1 əsgər isə yaralanıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

İnsidentin terakt olduğu bildirilir. Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, hücum kustar üsulla hazırlanan bomba vasitəsilə gerçəkləşdirilib.

Bölgədəki terrorçulara qarşı hərbi əməliyyatlar davam etdirilir./publika.az

Xəbər lenti