Xəzər Xəbər

Türkiyə Mərkəzi Bankın həmləsi işə yaradı: dollar sürətlə UCUZLAŞMAĞA BAŞLADI

Dünya | 14:19 • 10 May 2019
Türkiyə Mərkəzi Bankın həmləsi işə yaradı:

Türkiyə Mərkəzi Bankının sürətlə bahalaşan dollarla bağlı ilk həmləsi işə yarayıb.

Ötən gün 6,25 lirəyə qədər bahalaşan dollar bu gün imsak vaxtı 6,05 lirəyə düşüb.

Hazırda Türkiyə Lirəsi 6,15 dollara satılır.

Bundan başqa, ötən gün 7,05-ə dəyəri qədər qalxan avro 6,90, funt-sterlinq isə 8 lirəyə qədər düşüb.

Qeyd edək ki, ABŞ-ın Çin və İrana qarşı "iqtisadi hücumları” və sanksiyaları dolların sürətlə bahalaşmasına səbəb olub./publika.az

Xəbər lenti