Xəzər Xəbər

İran polisi 2,7 ton narkotik vasitə müsadirə edib

Dünya | 12:14 • 10 May 2019
İran polisi 2,7 ton narkotik vasitə müsadirə edib

İranın Sistan–Bəlucistan vilayətində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 2,7 ton narkotik vasitə müsadirə edilib.


Vilayətin polis rəisinin müavini Əhməd Tahiri mətbuata açıqlamasında əməliyyat zamanı qaçaqmalçıların silahlı müqavimət göstərdiklərini deyib. O bildirib ki, polis əməkdaşları ilə atışmada qaçaqmalçılardan dördü öldürülüb. Hadisə ilə əlaqədar həbs edilənlər var. Hazırda istintaq aparılır.

Xəbər lenti