Xəzər Xəbər

Yaponiya və ABŞ Şimali Koreyanın raket sınaqları ilə bağlı mövqelərini əlaqələndirəcək

Dünya | 10:48 • 10 May 2019
Yaponiya və ABŞ Şimali Koreyanın raket sınaqları ilə bağlı mövqelərini əlaqələndirəcək

Yaponiya və ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqlarını bərpa etməsi ilə bağlı mövqelərini daha sıx əlaqələndirmək niyyətindədir.


Bu barədə ABŞ-da səfərdə olan Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa dövlət katibi Maykl Pompeo ilə görüşdən sonra bildirib.


Y.Suqanın sözlərini sitat gətirən agentlik yazır: "Biz bu buraxılışlarla bağlı informasiyaları birlikdə təhlil etmək barədə razılığa gəldik. Bununla bağlı biz müxtəlif səviyyələrdə sıx əməkdaşlıq edəcəyik”.


Eyni zamanda, baş katib təsdiq edib ki, Tokio Yaponiya və KXDR liderlərinin heç bir ilkin şərt irəli sürmədən görüşünün keçirilməsinə çalışır.


Bundan əvvəl Y.Suqanın Vaşinqtonda ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanahan ilə KXDR-in son raket sınaqlarını müzakirə etdiyi də bildirilir.

Xəbər lenti