Xəzər Xəbər

Şimali Koreya qısamənzilli raketləri sınaqdan keçirib

Dünya | 15:54 • 9 May 2019
Şimali Koreya qısamənzilli raketləri sınaqdan keçirib

Şimali Koreya yenə qısamənzilli raketləri sınaqdan keçirib.


ONA-nın "Sky news”-a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya ordusunun rəsmiləri məlumat yayıb.


Məlumata görə, bu gün səhər saatlarında şimali Pyonqan əyalətinin Sinor-ri şəhərindən şərq istiqamətində iki qısamənzilli raket atılıb. Raketlər müvafiq olaraq 420 km və 270 km məsafədə uçublar.


Cənubi Koreya ordusunun rəsmiləri bildirib ki, onlar ABŞ-lı həmkarları ilə birgə bu uşuşların detallarını analiz edirlər.

Xəbər lenti