Xəzər Xəbər

Yeni Zelandiyada marixuana leqallaşdırıla bilər - Referendum keçiriləcək

Dünya | 15:16 • 9 May 2019
Yeni Zelandiyada marixuana leqallaşdırıla bilər -

Yeni Zelandiyada 2020-ci ildə marixuanadan tibbi məqsədlərlə istifadə edilməsi üçün onun leqallaşdırılması ilə bağlı referendum keçiriləcək.


Bu barədə Yeni Zelandiyanın ədliyyə naziri Endrü Litl məlumat verib.


Referendumda hamının iştirakının vacib olduğunu bildirən nazir bu məqsədlə onun ümumi seçkilərlə eyni vaxtda təşkil ediləcəyini deyib. Nazir əlavə edib ki, marixuana barədə referendumun nəticəsi icra üçün məcburi olacaq.


Referendumun əleyhinə olan müxalifət partiyaları isə hökumətin bununla diqqəti seçkilərdən yayındırmağa çalışdığını bildirirlər.


Yeni Zelandiya parlamenti keçən həftə xroniki və ya müalicəsi olmayan xəstələr üçün kannabis əsaslı məhsulların tibbi məqsədlərlə istifadəsinə icazə verən qanun qəbul edib. Həmin qanunun kral sanksiyasından sonra qüvvəyə minəcəyi gözlənilir. Yeni qanuna görə, kannibas əsaslı dərman almaq üçün həkimin resepti kifayət edəcək.


Bununla yanaşı, hakimiyyət orqanları həmin addımın atılmasının düzgünlüyünü dəqiqləşdirmək üçün sakinlərin mövqeyini öyrənmək istəyir. Digər tərəfdən Leyboristlər Partiyası ötən parlament seçkiləri ərəfəsində belə bir referendumun keçiriləcəyini vəd edib. Bu partiyanın sədri, indiki Baş nazir Casinda Ardern həmin vaxt gənclərin onlara birbaşa ziyan vuracaq vasitəyə çıxış əldə etməsindən narahat olduğunu etiraf etmişdi. (AZƏRTAC)

Xəbər lenti