Xəzər Xəbər

Sankt-Peterburqda Ermənistan vətəndaşı qazaxıstanlı sahibkarı güllələyib

Dünya | 14:59 • 9 May 2019
Sankt-Peterburqda Ermənistan vətəndaşı qazaxıstanlı sahibkarı güllələyib

Sankt-Peterburqda yerləşən "Kalininskaya” tərəvəz bazasında Ermənistan vətəndaşı qazaxıstanlı sahibkara atəş açıb.


Mayın 8-də baş vermiş hadisənin üstü bu gün açılıb. Ət daşıyan maşının sürücüsü, 33 yaşlı Ermənistan vətəndaşı ilə 51 yaşlı qazaxıstanlı sahibkar arasında münaqişə yaranıb. Hadisə zamanı erməni sürücü sahibkara travmatik silahdan beş dəfə atəş açıb. Güllələrdən yalnız biri sahibkarı dizindən yaralayıb.


Hadisə yerindən qaçmış sürücü bu gün saxlanılıb. Ona qarşı cinayət işi açılıb. (AZƏRTAC)

Xəbər lenti