Xəzər Xəbər

Cənubi Koreya, ABŞ və Yaponiya hərbi rəsmiləri KXDR məsələsini müzakirə edirlər

Dünya | 12:56 • 9 May 2019
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi rəsmiləri KXDR məsələsini müzakirə edirlər

Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi rəsmiləri Seulda toplaşaraq Koreya yarımadasında təhlükəsizlik məsələlərini müzakirə edirlər.


AZƏRTAC Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşdə nazir müavini Çhunq Suk-hvan, ABŞ müdafiə nazirinin Hind-Sakit okean hövzəsində təhlükəsizlik məsələləri üzrə köməkçisi Randol Şriver və Yaponiyanın Müdafiə Nazirliyinin idarə rəisi Takeşi İşıkava iştiak edirlər.


Bildirilir ki, 11-ci dəfə təşkil olunan üçtərəfli danışıqlarda əsas müzakirə mövzusu Koreya yarımadasında davamlı sülhün təmin olunması, adanın nüvə silahsızlaşdırılması, regional təhlükəsizlik məsələləridir.


Qeyd edək ki, ilk dəfə bu formatda görüş 2008-ci ildə keçirilib.

Xəbər lenti