Xəzər Xəbər

Yaponiyada Aso vulkanı növbəti dəfə püskürüb

Dünya | 12:33 • 9 May 2019
Yaponiyada Aso vulkanı növbəti dəfə püskürüb

Mayın 9-da Yaponiyanın cənub-qərbindəki Kyüşü adasında yerləşən Aso vulkanı növbəti dəfə püskürüb.


Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, bu, son bir ayda Aso vulkanının dördüncü püskürməsidir. Son dəfə vulkan mayın 3-də püskürmüşdü. Hazırda vulkanın kraterindən bir neçə kilometr məsafədə təxliyə zonası mövcuddur.


Püskürmə nəticəsində hər hansı dağıntı və ya onun aviauçuşlara təsiri barədə məlumat verilmir.


Qeyd edək ki, hündürlüyü 1592 metr olan Aso Yaponiyanın və dünyanın ən böyük vulkanlarından biri hesab olunur.

Xəbər lenti