Xəzər Xəbər

Pompeo Qrenlandiya səfərini təxirə salıb

Dünya | 11:22 • 9 May 2019
Pompeo Qrenlandiya səfərini təxirə salıb

ABŞ dövlət katibi Mayk Pompeo Qrenlandiyaya səfərini təxirə salaraq Vaşinqtona qayıdıb.


Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


"Dövlət katibi Mayk Pompeoya Vaşinqtonda ehtiyac duyulduğundan o, bu gün üçün Qrenlandiyaya planlaşdırdığı səfəri təxirə salacaq”- deyə departamentin sözçüsü Mortqan Ortaqus bildirib.


Qeyd edək ki, mayın 8-i Londonda səfərdə olan ABŞ dövlət katibinin bu gün Qrenlandiyaya səfəri gözlənilirdi.

Xəbər lenti