Xəzər Xəbər

Ukraynada Ata günü təsis edilib

Dünya | 09:48 • 9 May 2019
Ukraynada Ata günü təsis edilib

Ukraynanın Nazirlər Kabineti ölkədə Ata gününün təsis edilməsi barədə qərar qəbul edib.


Xezerxeber.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Ata günü iyunun üçüncü həftəsinin bazar günü qeyd ediləcək. Bu il Ata günü iyunun 16-na düşür.


Qeyd edək ki, bu bayramın iyunda keçirilməsi ənənəsi 1966-cı ildə ABŞ-dan başlayıb.

Xəbər lenti