Xəzər Xəbər

Türkiyədə axtarışda olan təhlükəli qadın terrorçu zərərsizləşdirilib

Dünya | 09:32 • 9 May 2019
Türkiyədə axtarışda olan təhlükəli qadın terrorçu zərərsizləşdirilib

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonu ərazisində həyata keçirilən "Çınar-101 şəhid çavuş Muhammet Arıkan” adlı antiterror əməliyyatı nəticəsində daha bir təhlükəli terrorçu zərərsizləşdirilib.


Xezerxeber.az Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, məhv edilən iki qadın terrorçudan biri nazirlik tərəfindən axtarışda olan "Agirin” ləqəbli Hanım Çelik olub. Onun ələ keçirilməsi üçün hökumət 300 min Türkiyə lirəsi (təxminən 50 min ABŞ dolları) pul ayırmışdı.

Xəbər lenti