Xəzər Xəbər

Batumidə magistral qaz boru kəmərində qəza baş verib

Dünya | 09:18 • 9 May 2019
Batumidə magistral qaz boru kəmərində qəza baş verib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində magistral qaz xəttində qəza baş verib.


Xezerxeber.az xəbər verir ki, Batuminin Baqrationi küçəsində baş vermiş qəza nəticəsində 50 mindən çox abonentə mavi yanacağın verilişi dayandırılıb. İlkin məlumatlara görə, ərazidə aparılan qazma işləri zamanı magistral qaz boru kəməri zədələnib və nəticədə qəza baş verib.


Hadisə yerinə "SOCAR Georgia Gas” şirkətinin əməkdaşları və xilasedicilər cəlb olunublar. Hazırda boru kəməri təmir olunur.


"SOCAR Georgia Gas” şirkətinin Acarıstandakı ofisindən Gürcüstanın birinci televiziya kanalına bildiriblər ki, təmir işlərinin sabah başa çatdırılacağı gözlənilir.

Xəbər lenti