Xəzər Xəbər

Slovakiya da Rusiya neftinin idxalını dayandırıb

Dünya | 11:09 • 26 Aprel 2019
Slovakiya da Rusiya neftinin idxalını dayandırıb

Slovakiya da "Dostluq” boru kəməri vasitəsilə Rusiya neftinin idxalını dayandırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Slovakiyanın "Transpetrol” neft boru kəməri operatorunun məlumatında deyilir.

Buna səbəb kimi neft keyfiyyətinin pisləşməsi göstərilir. Neft idxalının hansı müddətə dayandırıldığı bildirilmir.

"Transpetrol” bu qərarı Slovakiyanın ən böyük neftayırma zavodu "Slovnaft”ın fərqli keyfiyyətdə olan nefti emal etmədiyi üçün qəbul edib.

Xatırladaq ki, daha əvvəl Polşa, Belarus və Almaniya "Dostluq” kəməri ilə Rusiya neftinin nəqlini dayandırmışdı.

Xəbər lenti