Xəzər Xəbər

Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanı pozaraq Kişineu aeroportuna enib

Dünya | 09:09 • 26 Aprel 2019
Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanı pozaraq Kişineu aeroportuna enib

Yunanıstanın "Bluebird Airways” aviaşirkətinə məxsus "Boeing 737” təyyarəsi aprelin 25-də Moldovanın hava məkanına icazəsiz daxil olaraq Kişineu Beynəlxalq Aeroportuna enib.


AZƏRTAC-ın "Deschide” portalına istinadla xəbər verir ki, Moldova Sərhəd Polisinin rəisi Fredolina Lekarya baş verən insidentə görə hüquq-mühafizə orqanları tərəfindən qanuna uyğun olaraq müvafiq qərar veriləcəyini bildirib.


Təyyarə hava limanında saxlanılıb, araşdırmalara başlanılıb. Bildirilir ki, göyərtəsində yalnız ekipaj üzvlərinin olduğu layner Buxarestdən icazəsiz uçuş edib.

Xəbər lenti