Xəzər Xəbər

Trampın daha bir rəqibi namizədliyini açıqladı: "Amerikanı Amerika edən hər şey..."

Dünya | 15:36 • 25 Aprel 2019
Trampın daha bir rəqibi namizədliyini açıqladı:

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək daha bir namizədin adı açıqlanıb.

Bu, sabiq ABŞ prezidenti Barak Obamanın köməkçisi və Demokratlar Partiyasının öndə gedən şəxslərindən biri Co Baydendir.

2016-cı il prezident seçkilərində namizədliyini irəli sürmək istədiyi açıqlanan, ancaq böyük oğlu dünyasını dəyişdiyi üçün mübarizədən geri çəkilən Bayden bu dəfə seçkilərə qatılacağını sosial media hesabından açıqlayıb.

"Bu ölkənin təməl dəyərləri, dünyadakı etibarımız, müstəqil demokratiyamız, Amerikanı Amerika edən hər şey təhlükədədir. Məhz bu səbəbdən ABŞ prezidentliyi üçün namizədliyimi açıqlayıram”.

Qeyd edək ki, Co Bayden hazırda ABŞ Konqresində senatordur./publika.az

Xəbər lenti