Xəzər Xəbər

Onlar ABŞ-ı fəlakətə sürükləyir: Trampın "B komandası"na kimlər daxildir?

Dünya | 14:45 • 25 Aprel 2019
Onlar ABŞ-ı fəlakətə sürükləyir:

ABŞ prezidenti Donald Trampın "B komandası” adlandırılan Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabinin vəliəhdi şahzadəsi Məhəmməd bin ZeydABŞ siyasətini fəlakətə sürükləyir.

Bu haqda Nyu-Yorkda "Asia Society” düşüncə quruluşunda çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"B komandası”nın Trampla kimi eyni planının olduğunu düşünmürəm. Onlarınkı plan deyil, trilyonlarla dollara başa gələcək bir sui-qəsddir”, - o deyib.

Trampın İranla vuruşmaq istədiyini düşünmədiyini deyən nazirin sözlərinə görə, ABŞ prezidenti təzyiq və zorla İranı müzakirələr masasına gətirə biləcəyini düşünür./publika.az

Xəbər lenti