Xəzər Xəbər

Putindən Qərb ölkələrinə sərt mesaj: "Şantaj, sanksiyalar, təzyiq..."

Dünya | 14:38 • 25 Aprel 2019
Putindən Qərb ölkələrinə sərt mesaj: "Şantaj, sanksiyalar, təzyiq..."

"Bəzi Qərb ölkələri qlobal liderlik üzərində haqq iddia edir. Beynəlxalq hüququ çeynəyib şantaj, sanksiya və təzyiqə üstünlük verir”.

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Çinə səfərindən öncə bu ölkənin "People’s Daily” qəzetinə müsahibə verən lider bildirib ki, Qərb ölkələri bu yolla digər ölkələrə öz dəyərləri və ideallarını təlqin etməyə çalışır. Lakin Rusiya bu yanaşmalara kəskin şəkildə qarşı çıxır.

Qeyd edək ki, Vladimir Putin bu gün Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla 3,5 saatlıq görüş keçirib./publika.az


Xəbər lenti