Xəzər Xəbər

Elzasda bir gündə 22 mindən çox şimşək çaxıb

Dünya | 14:00 • 25 Aprel 2019
Elzasda bir gündə 22 mindən çox şimşək çaxıb

Aprelin 24-də Fransanın Böyük Şərq regionunda yerləşən Elzas vilayətində baş verən tufan zamanı 22 mindən çox şimşək qeydə alınıb.


AZƏRTAC France Bleu radiostansiyasına istinadla xəbər verir ki, bu barədə regionun meteoroloji xidməti məlumat yayıb. Ən çox şimşək Aşağı Reyn (13,9 min) və Yuxarı Reyn (8,4 min) departamentlərində çaxıb.


Təbiət hadisəsi Bişaym, Erlisaym və İpsaym şəhərlərində bir neçə evin yanmasına səbəb olub. Həmçinin tufan onlarla ağacı aşıraraq nəqliyyatın hərəkətində problemlər yaradıb. Mittelberqhaym şəhərində külək yerli məktəbin damını uçurub.


Təbii fəlakət nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə məlumat verilmir.

Xəbər lenti