Xəzər Xəbər

Şri-Lankanın katolik kilsələri sabitlik yarananadək bağlı qalacaq

Dünya | 13:12 • 25 Aprel 2019
Şri-Lankanın katolik kilsələri sabitlik yarananadək bağlı qalacaq

Ölkədə təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşana qədər qədər Şri-Lankanın katolik kilsələri bağlı qalacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə qərar təhlükəsizlik xidmətlərinin tövsiyəsinə əsasən çıxarılıb. Yerli məbədlərin birinin nümayəndəsi deyib ki, kilsələr bağlanacaq və növbəti göstərişə qədər mərasimlər keçirilməyəcək.


Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Terror aktları nəticəsində 359 nəfəri həlak olub, 500-dən çox insan yaralanıb. Hücumların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.


Şri-Lanka polisi indiyədək partlayışlarla əlaqədə şübhəli bilinən 76 nəfəri saxlayıb.


Bu gün səhər ölkənin qərbində yeni partlayış barədə xəbərlər yayılıb. Ada Derena nəşrinin məlumatına görə, o qədər də güclü olmayan partlayış şəhər məhkəməsinin yaxınlığında baş verib. Hələlik zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xəbər lenti