Xəzər Xəbər

Latviyanın daxili işlər naziri Riqadakı Deqlava körpüsünün təcili bağlanmasını tələb edir

Dünya | 11:46 • 25 Aprel 2019
Latviyanın daxili işlər naziri Riqadakı Deqlava körpüsünün təcili bağlanmasını tələb edir

Latviyanın daxili işlər naziri Sandis Girgens bildirib ki, Riqa Şəhər Duması hazırda təmir olunan Deqlava körpüsünün cümə axşamınadək bağlanması barədə qərar verməsə, bunu polis edəcək.


AZƏRTAC xəbər verir ki, Latviyanın Tikintiyə Nəzarət üzrə Dövlət Bürosu Riqa şəhərindəki Deqlava körpüsünü yoxlayıb və onun hərəkət üçün təhlükəli olması barədə qərar qəbul edib. Təmir işlərinə rəhbərlik edən mühəndis Edmund Akimov isə bildirib ki, hazırda körpü təhlükəsizdir.


Riqa şəhər merinin müavini Vadim Barannik deyib ki, bu, Avropa Parlamentinə seçkilər ərəfəsində verilmiş siyasi qərardır və məqsəd paytaxt rəhbərliyini gözdən salmaqdır.


Xatırladaq ki, Deqlava körpüsü Riqanın əsas nəqliyyat arteriyalarından biridir. Onun bağlanması 2 trolleybus və 7 avtobus marşrutunun hərəkətinə maneə yaradacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti