Xəzər Xəbər

Jurnalistin qatili bilindi

Dünya | 09:12 • 25 Aprel 2019
Jurnalistin qatili bilindi

"İrlandiya Respublika Ordusu” təşkilatı şimali irlandiyalı jurnalist Layra Makinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilat jurnalistin ailəsi və yaxınlarından hadisəyə görə üzr istəyib.


Jurnalistin dəfn mərasimində Böyük Britaniyanın Baş naziri Teresa Mey, İrlandiya Prezidenti Maykl Hayqins, İrlandiyanın Baş naziri Leo Varadkar və digər siyasətçilər iştirak ediblər.


Qeyd edək ki, Şimali İrlandiyanın Derri şəhərində keçirilən etiraz aksiyaları zamanı 29 yaşlı jurnalist Layra Maki öldürülüb. (AZƏRTAC)

Xəbər lenti