Xəzər Xəbər

Çində liftin qırılması nəticəsində 11 nəfər ölüb

Dünya | 09:11 • 25 Aprel 2019
Çində liftin qırılması nəticəsində 11 nəfər ölüb

Çinin Henşuy şəhərində (Hebey əyaləti) "Jade Huating" şirkətinə məxsus tikinti meydanında lift qırılıb.

"Sina" informasiya portalının verdiyi məlumata görə, liftin qırılması nəticəsində azı 11 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.

Məlumata əsasən, insident yerli vaxtla saat 08:00-da baş verib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Xəbər lenti