Xəzər Xəbər

Rusiyadan ABŞ-a GÖZDAĞI: 130 qırıcı, 10 gəmi Aralıq dənizində...

Dünya | 15:08 • 24 Aprel 2019
Rusiyadan ABŞ-a GÖZDAĞI:

ABŞ Hərbi Donanmasına aid "Abraham Linkoln” və "Con C. Stennis” qırıcı təyyarə daşıyan gəmiləri qrupu 23 aprel tarixində Aralıq dənizində orta təlimlərə start verib.

Təlimlərdə 130 təyyarə, 10 gəmi və 9 min əsgər iştirak edib.

"Abraham Linkoln” ilə "Con C. Stennis” qrupu 2016-cı ildən sonra ilk dəfə Aralıq dənizində eyni anda fəaliyyət göstərir.

ABŞ-ın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Con M. Hantsman təlimləri canlı izləyib. Səfir təlimlərlə bağlı verdiyi açıqlamada bu sözləri deyib: "Aralıq dənizindəki iki təyyarədaşıyanın hər biri beynəlxalq diplomatiyanın 100 min tonluq təmsilidir. Bu gəmilərin güclü müdafiəsi ilə birləşən diplomatik təmaslar və dialoq Rusiyaya dərs olmalıdır. Rusiya ABŞ ilə həqiqətən də, daha yaxşı müansibətlərə sahib olmaq istəyirsə, dünyanın dörd bir tərəfindəki qeyri-sabitliyə yol açan hərəkətlərinə son verməlidir”./Publika.az

Xəbər lenti