Xəzər Xəbər

Tarixdə bir ilk: aprelin 6-da Marsda...

Dünya | 15:04 • 24 Aprel 2019
Tarixdə bir ilk:

Mars planetində zəlzələ qeydə alınıb.

Zəlzələni Amerika aparatı "InSight"da olan Fransanın "SEIS" seysmometri qeydə alıb.

Məlumatı Fransanın "CNES" Kosmik Agentliyi yayıb. Bildirilir ki, aprelin 6-da seysmometr Ayda ABŞ-ın "Apollo" kosmik gəmilərinin uçuşu zamanı fiksajlanan zəlzələlərə bənzər siqnal qeydə alınıb. Bunun Marsda ilk zəlzələ olduğunu bildirilir.

"InSight" aparatı 2018-ci ilin mayında Yer kürəsindən buraxılmışdı. Aparat noyabrda Marsın səthinə enib./publika.az

Xəbər lenti