Xəzər Xəbər

Bayden sabah açıqlayacaq: Trampa ŞOK

Dünya | 14:55 • 24 Aprel 2019
Bayden sabah açıqlayacaq:

ABŞ keçmiş prezidenti Barak Obamanın dövründə vitse-prezident vəzifəsini icra edən Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq qərarına gəlib.

ABŞ KİV-inin Baydenə yaxın mənbələrə istinadən yazdığına görə, Bayden prezidentlik yarışına girmək üçün hazırlıqları tamamlayıb.

Onun sabah namizədliyini açıqlayacağı bildirilir. 76 yaşlı Baydenin ABŞ prezidenti, respublikaçı Donald Trampı məğlub edəcək və demokratları bir araya gətirə biləcək tək namizədin olduğu deyilir.

2020-ci il noyabrın 3-də keçiriləcək 59-cu prezident seçkilərində Demokratlar Partiyasında 20-dən çox şəxsin iştirak edəcəyi deyilir./publika.az

Xəbər lenti