Xəzər Xəbər

Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib

Dünya | 11:48 • 24 Aprel 2019
Şri-Lanka polisi: terror hücumlarında 9 kamikadze iştirak edib

Şri-Lanka polisi istintaqın nəticələrinə əsasən ölkədə baş vermiş terror hücumlarında 9 kamikadzenin iştirak etdiyini bildirib.


Xezerxeber.az Reuters agentliyinə istinadla xəbər verir ki, xüsusi xidmət orqanları artıq 8 terrorçu-kamikadzenin şəxsiyyətini müəyyənləşdirib. Şri-Lankanın müdafiə naziri Ruvan Vicevarden onlardan birinin Böyük Britaniyada təhsil aldığını, sonradan isə Avstraliyada aspiranturada oxuduğuna deyib. Nazirin sözlərinə görə, terrorçuların hamısı yaxşı təhsil alıb və orta sinfə aid olub, bəziləri isə xaricdə yaşayıb.


Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində azı 359 nəfər ölüb, 520 nəfər isə yaralanıb. Sonrakı günlərdə Kolombo şəhərində minalanmış yük maşını, Katana şəhərində isə restoranlardan birində çantaya yerləşdirilmiş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.


Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini "Tayhid camaatı” qruplaşmasının üzərinə qoyub. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı heç bir sübut təqdim etməyib.


Son məlumata görə, Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən 60 nəfəri saxlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti