Xəzər Xəbər

Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub

Dünya | 10:31 • 24 Aprel 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub

Terrorçu PKK qruplaşmasının Suriyadakı YPG/PYD adlı qolları Türkiyəyə qarşı vuruşmaq üçün Suriya və Livan kimi ölkələrdə yaşayan ermənilərdən ibarət silahlı dəstə yaradıb.


"Report” xəbər verir ki, bu barədə sonhaberler.com saytı məlumat yayıb. Onlar 1915-ci ildə Osmanlı dövlətindən "köçürülən” ermənilərin törəmələri olduqlarını bildiriblər. Silahlı qruplaşma aprelin 24-dən fəaliyyətə başladığını elan edib. Silahlı dəstəyə Suriyada öldürülən Türkiyə Kommunist Partiyası/Marksçı-Leninçi terror dəstəsinin üzvü Nubar Ozanyanın (Orhan Bakırçıyan) adı verilib.


Bu terrorçu dəstəsinin başçıslarında biri Masis Otayyaf Suriyanın Kamışlı, Haseke, Serekaniye, Dirbesiye və Amude kimi şəhərlərdə erməniləri bir yerə toplayaraq, hər gün onlara hərbi və ideoloji təlim keçdiklərinin söyləyib. Onların yerləşdiyi qərargahda 1982-ci ildə Türkiyəni Eseboğa bölgəsində 9 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnən terror hücumunu törədən terrorçu ASALA qruplaşmasının üzvü Levon Ekmeçiyanın fotosu vurulub.


Bildirilib ki, terrorçu PKK Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında saxlanılmasında Ermənistana dəstək verib, döyüşlərdə təcavüzkara yardım edib. Azərbaycana qarşı döyüşə getmək üçün Ermənistana göndərilən terrorçular bomba və təxribat üzrə təlim görənlər arasından seçiliblər. PKK-nın təlimatlandırdığı ermənilərdən ibarət bu qrup "Ağrı Qartalları” adlanır. Onlara Livan Karadağ, Hemaran Kerveçiyan və Servet Bagopşin adlı 3 terrorçu başçılıq edib. Gələcəkdə ermənilərdən ibarət bu silahlı dəstənin "İnternasional tabor” adlanacağı gözlənilir.


Xatırladaq ki, aprelin 24-də ermənilər İstanbulda "Şişli” qəbristanlığında, və başqa yerlərdə "Biz itirdiklərimizi aprelin 24-də xatırlayırıq” şüarı altında mərasim keçirəcək.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti