Xəzər Xəbər

Misirdə seçicilərin böyük əksəriyyəti referendumda dəyişikliyi dəstəkləyib

Dünya | 09:47 • 24 Aprel 2019
Misirdə seçicilərin böyük əksəriyyəti referendumda dəyişikliyi dəstəkləyib

Misir seçicilərinin 89 faizi konstitusiyaya dəyişikliklərin edilməsinə, o cümlədən prezidentin səlahiyyət müddətinin uzadılmasına səs verib.


AZƏRTAC xəbər verir ki, Misirin Milli Seçki Komissiyasının sədri Laşin İbrahim aprelin 20-22-də baş tutan konstitusiyaya düzəlişlərin edilməsinə dair ümumxalq referendumun nəticələri barədə məlumat verərək qeyd edib.


Bildirib ki, əsas qanuna dəyişikliklərin edilməsini misirlilərin 88,83 faizi dəstəkləyib və səsvermədə iştirak 44,33 faiz təşkil edib. Onun sözlərinə görə, dəyişikliklər elan olunan andan qüvvəyə minir.


Səsvermədə səs hüququna malik 27 milyondan çox seçici iştirak edib.


Misir konstitusiyasında səsverməyə 12 düzəliş təklif edilmişdi, onlardan ən əsası ölkə başçısının səlahiyyət müddətinin 4 ildən 6 ilə kimi uzadılmasıdır. Əsas qanunun yeni redaksiyasına əsasən, hazırkı prezident Əbdül Fəttah əs-Sisi 2030-cu ilə qədər hakimiyyətdə qalmaq hüququna malik olur. Belə ki, 2018-ci ildə prezident seçilmiş Əbdül Fəttah əs-Sisinin səlahiyyət müddəti 2022-ci ildə yox, 2024-cü ildə bitəcək. Bundan sonra da o, daha bir müddətə seçilmək hüququ qazanıb.

Xəbər lenti