Xəzər Xəbər

İranın xarici işlər naziri ABŞ-a getdi

Dünya | 16:33 • 23 Aprel 2019
İranın xarici işlər naziri ABŞ-a getdi

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a gedib.

Bu barədə İran mətbuatı informasiya yayıb.

Xəbərə görə, nazir Nyu-Yorkda təşkil edilən BMT Baş Assambleyasının "Beynəlxalq Çoxtərəflilik və Sülh üçün Diplomatiya Günü” adlı konfransa qatılmaq məqsədilə səfər edib.

Qeyd edək ki, konfrans aprelin 24-də açıq elan olunacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Koprusunu terror təşkilatları siyahısında salmasından sonra iki ölkə arasında diplomatik gərginlik yaranıb. Zərifin bu səfəri gərginliyin yaranmasından sonra bir ölkənin rəsmi şəxsinin digərinə etdiyi ilk rəsmi səfərdir./publika.az

Xəbər lenti