Xəzər Xəbər

Hitlerin Argentinaya qaçmasını sübut edən sənədlər açıqlanıb

Dünya | 14:38 • 23 Aprel 2019
Hitlerin Argentinaya qaçmasını sübut edən sənədlər açıqlanıb

Federal Təhqiqatlar Bürosu Adolf Hitlerin 1945-ci ildə Argentinaya qaçması versiyasının araşdırılmasına dair sənədləri üzə çıxarıb.


Açıqlanmış materiallara əsasən 3-cü Reyxin rəhbəri sualtı qayıq vasitəsi ilə Cənubi Amerikaya gedib və Argentinanın 6 yüksək vəzifəli məmuru ona sığınacaq verib.


Bildirilir ki, əldə olunan sənədlər büronun direktoru Edqar Quverə təqdim olunub. Lakin rəhbərlik hesab edib ki, bu məlumatlar tam deyil və bu informasiyalar əsasında Hitleri axtarmaq mümkünsüzdür. İlk sənəd 1945-ci il sentyabrın 21-də yazılıb.

Rəsmi versiyaya əsasən Adolf Hitler 1945-ci il aprelin 30-da özünü öldürüb. (ONA)

Xəbər lenti