Xəzər Xəbər

ABŞ bu məlumatlar üçün 10 milyon dollar mükafat təyin etdi

Dünya | 14:47 • 23 Aprel 2019
ABŞ bu məlumatlar üçün 10 milyon dollar mükafat təyin etdi

ABŞ Hizbullah terror təşkilatının maliyyə şəbəkəsi ilə bağlı informasiya verənlərə 10 milyon dollar məbləğində mükafat təyin edib.

Bunu ABŞ-ın maliyyə nazirinin terrorizmin maliyyələşməsi ilə mübarizə üzrə müavini Marşal Billinqsli deyib.

Billinqsli bu addımın ABŞ Xarici İşlər Nazirliyi tərəfindən qüvvəyə minən "Ədalət üçün mükafat” proqramı çərçivəsində atıldığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin oktaybrında 241 amerikalının Livanda öldürülməsinin 35-ci illiyi ilə əlaqədar təşkil edilən tədbirdə "Hizbullahın Beynəlxalq Maliyyələşməsini Əngəlləmək Qanunu Dəyişikliyi” adlı yeni qərar imzaladığını açıqlamışdı./publika.az

Xəbər lenti