Xəzər Xəbər

Tripolidə gedən döyüşlər zamanı ölənlərin sayı 264-ə çatıb

Dünya | 12:46 • 23 Aprel 2019
Tripolidə gedən döyüşlər zamanı ölənlərin sayı 264-ə çatıb

Liviyanın paytaxtı Tripolidə gedən döyüşlər zamanı ölənlərin sayı 264-ə, yaralananların sayı isə 1266-ya çatıb.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Liviya üzrə şöbəsi "Twitter" səhifəsində yazıb.


Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi tərəfləri döyüşləri dayandırmağa və beynəlxalq humanitar hüququn normalarına əməl etməyə çağırıb.

Xəbər lenti