Xəzər Xəbər

Alman biznesi hökuməti “bir az yavaşımağa” çağırır

Dünya | 13:45 • 23 Aprel 2019
Alman biznesi hökuməti “bir az yavaşımağa” çağırır

Alman Ticarət-Sənaye Palataları Assosiaysiyası Almaniya hökumətinə müraciətlə iqtisadi tənəzzül şəraitində özəl sektorun vergi yükünü və qanunvericilikdə nəzərdə tutulan digər yükləri azaltmağa çağırıb.


AZƏRTAC Assosiasiyanın mətbuat konfransından bildirir ki, DİHK prezidenti Erik Şvaytser jurnalistlərə deyib: "Bizdə biznesin üzərinə düşən yük başqa ölkələrlə müqayisədə xeyli artıb”. Şvaytser hökuməti bu sahədə "bir az yavaşımağa” çağırıb və əlavə edib ki, əgər hökumət bu xahişə əməl etsə, bu, iqtisadi dirçəliş mühüm stimul olacaq.


Şvaytser elektrik enerjisinin qiymətinə diqqəti cəlb edərək deyib: "Elektrik enerjisinin qiyməti ilə əlaqədar deyə bilərəm ki, şirkətlərin çoxunun xərcləri artıb və nəticədə sahibkarlığın inkişafı üçün müəyyən risk yaranıb”.


Onun sözlərinə görə, Almaniyada orta ölçülü sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri dünya bazarlarında Almaniyanın əsas rəqibi olan qonşu Fransadakı ilə müqayisədə iki dəfə yüksəkdir.


Sağ mərkəzçi iqtisadiyyat naziri Piter Altmayer də son illərdə biznesə tətbiq edilən vergilərin, rüsumların və lüzumsuz bürokratiyanın azaldılmasına tərəfdar olduğunu bildirib. Maliyyə nazirinin mətbuat katibi, sol-mərkəzçi sosial demokratların nümayəndəsi Olaf Şlots isə öz tvitter mikrobloqunda yazıb ki, onun Nazirliyinin fikrincə, vergi islahatları aparılması üçün əsas yoxdur.

Xəbər lenti