Xəzər Xəbər

Filippində zəlzələ: 11 nəfər ölüb

Dünya | 09:36 • 23 Aprel 2019
Filippində zəlzələ: 11 nəfər ölüb

Filippində baş vermiş 6,3 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.


Bu barədə "Philstar" portalı məlumat yayıb.


Ərazidə xilasetmə işləri hələ də davam etdirilir. Zəlzələdən ən çox ziyan görən dördmərtəbəli ticarət mərkəzi olub. Burada dağıntılar altında ən azı 30 adamın qaldığı güman olunduğundan xiasetmə qüvvələrinin böyük hissəsi bu bölgəyə cəlb olunub.

Pampanqa əyalətinin meri fəlakət bölgəsindəki dağıntılar altından insan səsləri eşidildiyini təsdiqləyib.


Qeyd edək ki, güclü zəlzələdən sonra 52 yeraltı təkanlar hiss edilib. Maniladakı bəzi otellər və ticarət mərkəzləri, metro nəqliyyatı fəaliyyətini dayandırıb.

Xəbər lenti

Çox oxunanlar