Xəzər Xəbər

İndoneziyada 1500-dən çox məntəqədə təkrar seçkilər keçiriləcək

Dünya | 09:31 • 23 Aprel 2019
İndoneziyada 1500-dən çox məntəqədə təkrar seçkilər keçiriləcək

İndoneziyada 1500-dən çox məntəqədə prezident və parlament deputatlarının təkrar seçkiləri keçiriləcək.


Bu barədə "The Straits Times” qəzeti məlumat yayıb. Bildirilir ki, Seçkilərə Nəzarət Agentliyinin hesabatına görə, seçkilər zamanı 31 əyalətdəki 2700 məntəqədə pozuntular qeydə alınıb.


Mərkəzi Seçki Komissiyasının sədri Arif Budimanın sözlərini sitat gətirən qəzet yazır: "Mərkəzi Seçki Komissiyası bütün şikayətləri qəbul edib. Son məlumata görə, 1511 məntəqədə təkrar seçkilər keçiriləcək”. Onun bildirdiyinə görə, təkrar seçkilərə hazırlıq və onun keçirilməsi 10 gün çəkə bilər. Pozuntuların çoxu texniki xarakter daşıyır.


Bununla yanaşı, müşahidəçilərin fikrincə, hətta 2700 seçki məntəqəsində təkrar səsvermə keçirilsə belə, bu, ümumi nəticəyə heç bir təsir göstərməyəcək. Belə ki, pozuntular ümumi sayı 813 min olan seçki məntəqələrinin yalnız 0,3 faizində qeydə alınıb.


Seçkilərin rəsmi nəticələrinin bir ay sonra elan ediləcəyi bildirilir. (AZƏRTAC)


Xəbər lenti