Xəzər Xəbər

Alimlər ABŞ-da tezliklə super zəlzələ olacağı barədə xəbərdarlıq etdilər

Dünya | 16:27 • 22 Aprel 2019
Alimlər ABŞ-da tezliklə super zəlzələ olacağı barədə xəbərdarlıq etdilər

Kaliforniya Texniki Universitetindən olan alimlər müəyyən ediblər ki, 2008-ci ildən bəri San-Andreas çatında təqribən 2000000 dlərin zəlzələ qeydə alınıb. Alimlər bunun tezliklə baş verə biləcək super zəlzələ ilə əlaqələndiriblər.

Seysmoloqların sözlərinə görə, kiçik zəlzələlər regionda seysmik aktivliyi tamamilə dəyişə bilər. Bu isə o deməkdir ki, böyük zəlzələlər barədə proqnozlara yenidən baxmaq və yeni hesablamalar aparmaq lazımdır.

Alimlər həmçinin onu da vurğulayıblar ki, ərazinin ümumi seysmik xəritəsi «səs salmağa» başlayıb, həmçinin çat yaxınlığında böyük zəlzələyə səbəb olacaq tətikləyici sarsıntıları tampaq getdikcə çəktinləşib.

Qeyd edək ki, San Andreas çatı dünyanın seysmik cəhətdən ən aktiv ərazilərindən biridir. Bu çat Kaliforniya boyunca səkkiz yüz mil ərazini əhatə edir. Məhz burada təbəqələr bir-birilə toqquşur və növbəti böyük titrəyişlər üçün potensial təhlükə yaradır./faktxəbər

Xəbər lenti