Xəzər Xəbər

Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb

Dünya | 09:04 • 22 Aprel 2019
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb

Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxtın kənar yaşayış hissələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 290-a çatıb. Təxminən 500 nəfər yaralı var.

Xezerxeber.az yerli KİV-lərə istinadən xəbər verir ki, ölkə tarixində ən böyük hücum hadisəsi ilə əlaqədar Prezident Sirisena təhlükəsizlik şurasının təcili iclasını çağırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla əlaqədə şübhəli bilinən 13 nəfəri saxlayıb.

Xəbər lenti