Xəzər Xəbər

Trampla Haftar arasında KRİTİK GÖRÜŞ: Ağ Ev açıqladı

Dünya | 15:29 • 20 Aprel 2019
Trampla Haftar arasında KRİTİK GÖRÜŞ:

ABŞ prezidenti Donald Tramp Liviya marşalı Xəlifə Haftara zəng edib.

Bu barədə Ağ Ev informasiya yayıb.

Xəbərə görə, aprelin 15-də baş tutan telefon danışmasında davam edən terrorla mübarizə cəhdləri, Liviyada sülh və sabitliyin əldə edilməsi məsələsi, Liviyadakı sabit demokratik siyasi sistemə keçid müzakirə olunub.

Donald Tramp Haftarın terrorla mübarizədəki rolunu və Liviyanın neft qaynaqlarını qoruması ilə bağlı cəhdlərini təqdir edib.

Qeyd edək ki, Liviyada dövlət çevrilişi baş verib. Prezident istefaya göndərilib. Xəlifə Haftar paytaxt Tripolini ələ keçirmək üçün 4 aprel tarixində şəhərə hücum əmri vermişdi. Qarşıdurmalarda bu günə qədər 213 nəfər ölüb, 1009 nəfər yaralanıb./publika.az

Xəbər lenti