Xəzər Xəbər

Ukraynanın bölünməsi bunun tək yoludur – Jirinovskidən ŞOK İDDİA

Dünya | 10:42 • 20 Aprel 2019
Ukraynanın bölünməsi bunun tək yoludur

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidentliyə namizədlər Vladimir Zelenski ilə Pyotr Poroşenkonun mərkəzi "Olimpiya” stadionunda debatını şərh edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, siyasətçi debatın stadionda keçirilməsini "tamaşa” adlandırıb.

"Studiyada müzakirələri daha düzgün keçirmək, proqramı və öz komandasını təqdim etmək olar”, - Jirinovski qeyd edib.

Onun fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, Poroşenkoda təhlükəsizlik qurumları tərəfindən dəstək nəticəsində prezident seçkilərində qələbə üçün bütün imkanlar var.

"Zelenski daha 5 il oxuyacaq. Ukraynanın bölünməsi indiki böhranı həll etməyin tək üsuludur. Poroşenko buna daha sürətli gətirib çıxaracaq”, - partiya lideri əlavə edib./publika.az

Xəbər lenti