Xəzər Xəbər

Əfqanıstanda kəşfiyyat idarəsinə hücum: üç nəfər həlak olub

Dünya | 20:25 • 19 Aprel 2019
Əfqanıstanda kəşfiyyat idarəsinə hücum:

Əfqanıstanda kəşfiyyat idarəsinin binasına bombalı hücum nəticəsində üç kəşfiyyatçı həlak olub.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Herat əyalətində baş verən terror aktı bomba yüklü avtomobillə törədilib. Əfqanıstanın Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında iki nəfərin yaralandığı bildirilir.


Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbər lenti