Xəzər Xəbər

İtaliyada daimi iş müqaviləsi ilə işləyənlərin sayı artıb

Dünya | 18:34 • 19 Aprel 2019
İtaliyada daimi iş müqaviləsi ilə işləyənlərin sayı artıb

İtaliyada imzalanmış yeni daimi iş müqavilələrinin sayı bu ilin ilk 2 ayında 119 faiz artıb.


AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Milli Sosial Sığorta İnstitutu (INPS) məlumat yayıb.


Bildirilir ki, ötən ilin ilk iki ayı ilə müqayisədə bu ilin müvafiq dövründə 208 min 560 daha çox müqavilə imzalanıb.


INPS-ə görə, uzunmüddətli müqavilələrə çevrilən müvəqqəti müqavilələrin sayı ötən ilin birinci rübündə 101 min 730 səviyyəsindən bu ilin eyni dövründə 175 min 677-yə yüksəlib. Bu da 72 faiz artım deməkdir.


İki ayda özəl sektorda işçilərin ümumi sayı 1064 min təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

Xəbər lenti