Xəzər Xəbər

İlginc iddia: Poroşenko prezidentlikdən əlini üzüb, indi də baş nazir olmaq istəyir

Dünya | 14:51 • 19 Aprel 2019
İlginc iddia:

Deputat: "Artıq prezident seçkilərində məğlub olduğunu anlayan Poroşenko yeni planını müəyyənləşdirib"

Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko deyib ki, prezident Pyotr Poroşenko ölkənin baş naziri olmaq niyyətindədir. Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Deputatın sözlərinə görə, Poroşenko artıq prezident seçkilərində məğlubiyyəti ilə barışıb və ona görə də hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsində ən maraqlı şəxsdir: "Artıq prezident seçkilərində məğlub olduğunu anlayan Poroşenko yeni planını müəyyənləşdirib – o, Ukraynanın baş naziri olmaq istəyir".

Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək./Sputnik Azərbaycan

Xəbər lenti